Ana içeriğe atla

Motivasiyanın iki əsas təməli və onların həyatımıza təsiri.

“Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.” -Claude Pepper


Motivasiya iki əsas təməldən- düşüncə və  hərəkətdən ibarətdir. Bu iki anlayışın həyatımıza olduqca böyük təsiri vardır.  Claude Pepperin dediklərindən belə nəticəyə gəlmək olar ki, hərəkətə keçmədən heç bir uğura nail ola bilmərik.  

Bəs bizi hərəkətə gətirən , həyatımızda böyük dəyişikliyə  səbəb olacaq o qüvvə nədir? Bu sualın çox sadə amma bir o qədər də dərin məna kəsb edən  cavabı var-Düzgün düşüncə.Biz havaya,suya və.s necə asılıyıqsa, eynilə bu iki təməl bir-birindən asılıdır. Sual yarana bilər ki,  bunlar necə asılı ola bilər? Keçək izaha.

“Fikir – hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməlliyin başlıca şərti – fikirlər üzərində işləməkdir”.-L.N. Tolstoy

Yəqin ki, çoxlarımız  Nytonun birinci qanunu bilirik. “Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.” Həyatımızın müəyyən bir anı Nytonun  birinci qanunundakı kimi kənar qüvvələrin təsiri olmadan öz axarında  davam edir amma bu hər zaman keçərli olmur. 

Yaşadığımız həyatı içi su ilə dolu qaba bənzədək. Bu qaba gözlənilməyən, bəlkə də bizi sarsıdacaq qüvvə təsir göstərir.Qabın içərisindəki  su hərəkətə gəlməyə başlayır,eynilə  insan beyni kimi. Aldığımız travma bizə çox pis təsir edir və beynimiz keçmişlə gələcək arasında elə qabın içərisindəki su kimi hərəkət etməyə başlayır.Beynimiz müsbətdən çox mənfi fikirlərə meyilli olduğundan həmin hadisə barədə çox düşünməyə başlayırıq. Travma ilə bağlı düzgün münasibət göstərmədiyimiz zaman bir çox nevrotik hallar yaranır və hərəkətimizə yansıyır. Yəqin ki, burada yaranmış böyük amma mənasız bir boşluğu gördünüz. Boşluğun yaranmasının başlıca səbəblərindən biri yuxarıda qeyd etdiyim təməllərdən biri olan düzgün düşüncənin indiki anımızda istifadə etməməyimizdən irəli gəlir.Sizin keçmişdə və ya aldığınız travmadan sonra gələcəkdə nə baş verəcək kimi düşüncələrdə nə işiniz var?Bu saniyə nələrin baş verəcəyini təxmin belə edə bilməzkən, gələcəkdə nələrin olacağını necə təxmin edək?Ya da keçmişdə qalaraq indiki anınızda nələrin baş verdiyini hardan biləcəksinizki? Bununla da həyatınızda mənasız bir boşluq  sizi mənfi tərəfə sürükləyib,aparacaq. Bunu aradan qaldırmağın yeganə yolu  boşluğu düzgün dəyərləndirmək,  neqativ düşüncəyə deyil pozitiv düşüncəyə yönəlməkdir.Keçmiş keçmişdə qalır.Yaşanılıb,bitmiş bir hadisə bizim üçün sadəcə təcrübədir.Odur ki,indiki anda qərarlarımızı vermək üçün düzgün yöndə düşünməliyik .Özünüzdə görəcəksiniz ki, nevrotik hallarınız yavaş-yavaş yox olmağa başlayacaq.

Məşğul ol, didin, düşün, axtar, tap, qaç. Dayanmaq zamanı keçdi, çalışmaq zamanıdır.-Tofiq  Fikrət

   Hər zaman hətta ən pis halınızda belə 'mən yaxşıyam" deyin. İnsan özünə hər gün "mən çempionam" desə,o bir gün həqiqətən də çempion olacaq. Kəpənək effektindəki kimi"Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması, ABŞ-da fırtına qopmasına səbəb ola bilər".Sizin həyatınıza təsir edəcək müsbət düşüncə,bütün ömrünüzün daha yaxşı olmasına səbəb olacaqdır. Düşüncələrin hərəkətə və bu iki təməlin həyata necə təsir etdiyini artıq anlamış oldunuz. Düzgün fikir və bu fikrə münasibətlə irəliləmək  sizi hər daim zirvəyə aparacaq. Odur ki, pedalı fırlatmağa davam edin. Sağlıqla qalın.

                                   

                                Günel Kərimova



Yorumlar

Bu blogdaki popüler yayınlar

Gənc müəlliflər üçün əla şans! Kitabını paylaş və qonorar al.

 Bir çox gənc müəlliflər kitab çapıyla  və ya oxucu azlığı ilə  problem yaşayır.   Bookleaks.org saytı  bu problemləri həll etmək üçün sentyabr ayından  fəaliyyətinə start verdi . Saytın əsas məqsədi  müəlliflərin  kitab çapı zamanı çəkdikləri əziyyətləri və əlavə xərcləri minimuma endirərək zəhmətlərinin bəhrəsi olaraq daha çox qonorar almalarına kömək etmək,  oxucuların kitaba olan marağını artırmaqla onlara pulsuz və ya daha münasib qiymətlərə kitablar təklif etməkdir. Oxucuların maraqları üçün tərtib edilən qiymət sandartlarına uyğun olaraq  satış həyata keçirilir.  Müəllif ilə sayt arasında bütün müqavilələr onlayn qaydada sadələşdirilmiş formada və ödənişsiz bağlanır.  Saytda Ceylan Mumoğlu , Rövşən Abdullaoğlu kimi gənclərin dəstəkçisi olan yazıçılarımız yer almaqdadır. Onlar kitablarını paylaşaraq  daha çox oxucu kütləsinə sahib oldu və olmaqda davam edirlər. Əgər siz də kitab çapı xərclərindən qurtularaq həm oxucu, həm də qonorar əldə etmək istəyirsinizsə,bookleaks.org saytın