“Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.” -Claude Pepper Motivasiya iki əsas təməldən- düşüncə və hərəkətdən ibarətdir. Bu iki anlayışın həyatımıza olduqca böyük təsiri vardır. Claude Pepperin dediklərindən belə nəticəyə gəlmək olar ki, hərəkətə keçmədən heç bir uğura nail ola bilmərik. Bəs bizi hərəkətə gətirən , həyatımızda böyük dəyişikliyə səbəb olacaq o qüvvə nədir? Bu sualın çox sadə amma bir o qədər də dərin məna kəsb edən cavabı var-Düzgün düşüncə.Biz havaya,suya və.s necə asılıyıqsa, eynilə bu iki təməl bir-birindən asılıdır. Sual yarana bilər ki, bunlar necə asılı ola bilər? Keçək izaha. “Fikir – hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməlliyin başlıca şərti – fikirlər üzərində işləməkdir”.-L.N. Tolstoy Yəqin ki, çoxlarımız Nytonun birinci qanunu bilirik. “Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.” Həyatımızın müəyyən bir