Bir çox gənc müəlliflər kitab çapıyla və ya oxucu azlığı ilə problem yaşayır. Bookleaks.org saytı bu problemləri həll etmək üçün sentyabr ayından fəaliyyətinə start verdi . Saytın əsas məqsədi müəlliflərin kitab çapı zamanı çəkdikləri əziyyətləri və əlavə xərcləri minimuma endirərək zəhmətlərinin bəhrəsi olaraq daha çox qonorar almalarına kömək etmək, oxucuların kitaba olan marağını artırmaqla onlara pulsuz və ya daha münasib qiymətlərə kitablar təklif etməkdir. Oxucuların maraqları üçün tərtib edilən qiymət sandartlarına uyğun olaraq satış həyata keçirilir. Müəllif ilə sayt arasında bütün müqavilələr onlayn qaydada sadələşdirilmiş formada və ödənişsiz bağlanır. Saytda Ceylan Mumoğlu , Rövşən Abdullaoğlu kimi gənclərin dəstəkçisi olan yazıçılarımız yer almaqdadır. Onlar kitablarını paylaşaraq daha çox oxucu kütləsinə sahib oldu və olmaqda davam edirlər. Əgər siz də kitab çapı xərclərindən qurtularaq həm oxucu, həm də qonorar əldə etmək istəyirsinizsə,bookleaks.org saytın
“Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.” -Claude Pepper Motivasiya iki əsas təməldən- düşüncə və hərəkətdən ibarətdir. Bu iki anlayışın həyatımıza olduqca böyük təsiri vardır. Claude Pepperin dediklərindən belə nəticəyə gəlmək olar ki, hərəkətə keçmədən heç bir uğura nail ola bilmərik. Bəs bizi hərəkətə gətirən , həyatımızda böyük dəyişikliyə səbəb olacaq o qüvvə nədir? Bu sualın çox sadə amma bir o qədər də dərin məna kəsb edən cavabı var-Düzgün düşüncə.Biz havaya,suya və.s necə asılıyıqsa, eynilə bu iki təməl bir-birindən asılıdır. Sual yarana bilər ki, bunlar necə asılı ola bilər? Keçək izaha. “Fikir – hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməlliyin başlıca şərti – fikirlər üzərində işləməkdir”.-L.N. Tolstoy Yəqin ki, çoxlarımız Nytonun birinci qanunu bilirik. “Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.” Həyatımızın müəyyən bir